Gəncədə “19 May Atatürkü Anma, Gənclər və İdman Bayramı” keçirilib
- 19 May 2023 23:55
- 416
Türkiyənin Gəncədəki Baş Konsulluğunda Atatürkün anadan olmasının 104-cü ildönümü, Gənclər və İdman bayramı qeyd olunub.
Rekord.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili, Azərbaycan Dövlət Aqrar Universitetinin rektor əvəzi Zəfər Qurbanov, ictimaiyyət nümayəndələri və Gəncə şəhərində fəaliyyət götərən universitetlərdə təhsil alan türkiyəli tələbələr iştirak ediblər.
Tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.
Recep Öztop çıxışında, hər il 19 May tarixində qeyd olunan “Atatürkü Anma, Gənclər Və İdman Bayramı” tarixindən danışıb. Qeyd edib ki, 19 May 1919-cu ildə Mustafa Kamal Atatürk Bandırma (İstanbuldan hərəkət edən) gəmisi ilə Samsuna gəlib. Antanta dövlətlərinin işğalına qarşı olan Qurtuluş Müharibəsinin Başlanğıcı olaraq qəbul edilən bu günü Atatürk gənclərə hədiyyə edib. Həmçinin, 19 May 1919-cü il Türkiyə Cumhuriyyət tarixində qurtuluş savaşının başlanğıcı hesab edilir. Hətta Atatürkə doğum gününü soruşanlara 19 Mayı eyham etməsi bugünün önmənin böyük sübutudur”.
Adil Tağıyev çıxış edərək qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq, “Atatürkün anma, Gənclik və İdman Bayramı” münasibətilə təbrik edib, Azərbaycanla Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərindən bəhs edib.
Tədbirdə Mustafa Kamal Atatürkdən bəhs edən videoçarx nümayiş etdirilib.