Gəncədə ilk dəfə təşkil olunan basketbol idman növü üzrə region liqasına yekun vurulub

Rekord.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Texnologiya Universtetinin və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində regionda ilk dəfə olaraq Gəncə basketbol liqası keçirilib.

Gəncə Olimpiya İdman Kompleksində keçirilən final oyununda Telekom Basketbol İdman Klubu ilə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin komandası üz-üzə gəlmişdir. Gərgin mübarizə şəraitində keçən oyunun sonunda Telekom Basketbol İdman Klubu qalib gəlmişdir. Sonda turnirin bağlanış mərasimi keçirilmiş və qaliblərə fəxri fərman, kubok və diplomlar təqdim olunmuşdur.