Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Azərbaycan Boks Federasiyasının təşkilatçılığı ilə Gəncə Olimpiya İdman Kompleksində yeniyetmə idmançılar arasında zona yarışı keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin açılış mərasimində Baş İdarə rəisi Həmid Nəsirov idmançıları salamlamış və onlara uğurlar arzulamışdır.

Qeyd edək ki, yarşda 11 şəhər komandalarından 100-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparmışlar. Qalib gələn idmançılar qarşıdan gələn respulkika yarışına vəsiqə qazanıblar.