“Gəncə” klubu daha dörd basketbolçusu ilə yollarını ayırıb.

Bu barədə Rekord.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Klub müqavilə müddəti başa çatan Orxan Abbasov, Tariyel Yusifzadə, Rüfət Mahmudzadə və Əlibəy Məmmədli ilə vidalaşıb.

“Gəncə” ötən gün altı oyunçusu ilə yollarını ayırmışdı.