Məlum olduğu kimi, AFFA rəhbərliyi Tovuzun ardından Gəncədə də futbol akademiyasının tikiləcəyini söyləmişdi.

Lakin Rekord.az xəbər verir ki, aradan xeyli müddət keçsə də Gəncədəki akademiyadan səs-soraq yoxdur.

Bu il, ümumiyyətlə, bu məsələ gündəmdə olmayacaq. Əldə etdiyimiz məlumata görə, federasiya bu məsələdə yerli icra hakimiyyətindən də dəstək gözləyir. İcra hakimiyyəti isə hələlik futbolla bağlı bütün məsələlərdən uzaq durmağa üstünlük verir.