Gəncədə "İdman Həftəsi" çərçivəsində növbəti tədbir
- 01 Mar 2023 11:00
- 412
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş 27 fevral - 05 mart "İdman Həftəsi" Gəncədə uğurla davam edir.
Rekord.az xəbər verir ki, növbəti bu cür tədbir Gəncə şəhər 32 nömrəli tam orta məktəbdə baş tutub.
Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edən bu layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq səhər gimnastıkası keçirilib.