Gəncə futbolunun inkişafında əvəzsiz rolu olan, neçə-neçə oyunçuları yetişdirən uşaq məşqçisi Konstantin Abramenkonun (Kostya dayı) stadionunun təmirinə start verilib.

 

Rekord.az xəbər verir ki, bu haqda gəncəli xeyriyyəçi, futbol azarkeşi Müzadil Həsənov "Facebook"dakı şəxsi səhifəsində məlumat verib. 

O, Gəncədə əfsanəvi futbol məkanının təmirinə başlandığına görə AFFA rəhbərliyinə - bu yaxında Nizami yurdunda işgüzar səfərdə olan assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədova minnətdarlıq edib: "Elxan Məmmədovun Gəncəyə son səfəri zamanı biz - Gəncə İctimai İştirakçılıq Məclsinin nümayəndələri olaraq, “Kəpəz" FK veteranları ilə birlikdə Gəncə futbolu üçün çox dəyərli olan bu məkanın təmiri məsələsini qaldırdıq və bu stadionu birlikdə yenidən qurmağı təklif etdik. Elxan Məmmədov da yerindəcə bərpa işləri ilə bağlı öz tapşırıqlarını verdi və ən qısa zamanda təmirə başlanılacağını və AFFA tərəfindən ən yüksək səviyyədə icra olunacağını söz verdi. Elxan müəllimə verdiyi sözü tutduğu üçün təşəkkür edirəm. Sevindici haldır ki, paralel olaraq Gəncədə Futbol Akademiyasının tikintisinə və Yeni Gəncədə olan mini-futbol meydançasının təmir işlərinə də başlanılacaq. Gəncəmiz üçün xeyirli-uğurlu olsun!".

Gəncədə bu işlərdə Gəncə Futbol Veteranlar Birliyinin sədri Tofiq Məmmədov, müavinləri Əli Rəhimovla Firuz Qulami yaxından iştirak edirlər.  

Xatırladaq ki, AFFA-nın İcraiyyə Komitəsinin dünən keçirilən iclasına çıxarılan qərarlardan biri Gəncə şəhərində Futbol Akademiyasının inşa olunmasının təsdiqlənməsi olub. Akademiyanın layihə şəkilləri də artıq rəsmən yayılıb. 
 

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.