Gəncə Olimpiya İdman Kompleksində "Kikboksinq" idman növü üzrə Vətən müharibəsi 🇦🇿 şəhidlərinin xatirəsinə həsr olunmuş açıq birincilik keçirilib.

Rekord.az xəbər verir ki, keçirilən idman tədbirində "Xüsusi Təyinatlı Kikboksinq" idman klubunun idmançıları İsmayıllı rayonunu təmsil ediblər.

Direktoru Bayram Qəhrəmanov olan klubun idmançıları 25 rayon komandasının iştirak etdiyi yarışda uğurla çıxış ediblər. Belə ki, 16 idmançımızın doqquzu 1-ci yeri, üçü 2-ci yeri, üçü 3-cü yeri qazanıblar.