Gəncədə təqdirəlayiq terapiya məşqləri
- 11 Fev 2023 17:00
- 446
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Fərəh Sosial İctimai Birliyinin sağlamlıq imkanları məhdud gənc üzvləri üçün bədən tərbiyəsi terapiyası olan məşqlər davam etdirilir
Rekord.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, Fərəh Sosial İctimai Birliyinin birgə təkşilatçılığı və Gəncə İdman Liseyi PHŞ-nin dəstəyi ilə sağlamlıq imkanları məhdud olan uşaq, yeniyetmə və gənclərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği və yüngül idman vərdişlərinin aşılanması məqsədilə sadə məşqlərinə start verilib.
13 yanvar 2023-cü il tarixindən etibarən başlayan və hər həftənin 5-ci günü təşkil edilən məşqlər çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, görüşlər, həvəsləndirmə yarışları, mükafatlandırma və digər tədbirlər təşkil ediləcək. Belə məşqlər sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi istiqamətində xüsusi əhəmiyyət kəsb edir.