Gəncəli azarkeşlər Sərxan Hacıyevin qəbuluna gedəcək: Tərlan Əhmədovun qayıdışını istəyirlər
- 19 Sen 2023 14:00
- 773
Bir qrup gəncəli azarkeş AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşəcək.
Rekord.az-a verilən məlumata görə, həmin azarkeşlər Hacıyev ötən gün Gəncədə olanda onunla görüşüb və qəbuluna gəlmək istədiklərini bildirib.
Baş katib də həmin azarkeşləri qəbul etməyə hazır olduğunu deyib. Azarkeşlərin əsas istəyi və tələbi "Kəpəz"in hazırkı durumunda günahkar olan şəxslərin klubdan kənarlaşdırılması, sabiq baş məşqçi Tərlan Əhmədovun yenidən komandaya dönüşünün təmin olunmasıdır.