23-25 may tarixlərində Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Cüdo idman növü üzrə 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinin fərdi yarışlarına yekun vurulub.

Rekord.az xəbər verir ki, Gəncənin yetirmələri bu yarışda uğurlu nəticələr əldə ediblər. Belə ki, adları aşağıda göstərilən

Qarayev İlkin (məşqçi H.Allahverdiyev )

Qəhrəmanov Nicat (məşqçi T.Abbasov)

Bagirov Zaməddin (məşqçi S.Ismayılov)

Məmmədov Sadiq (məşqçi S.Ismayılov)

Bagirov Səbuhi (məşqçi X.Rzazadə)

Əliyev Tamerlan (məşqçi A.Muxtarov )

Verdiyev Xalid (məşqçi A.Muxtarov )

Həbibli Dəniz (məşqçi C. Bayramov) mükafatçılar sırasına düşməyi bacarıblar.

Fərdi yarışların son nəticəsinə, ümumi komanda hesabında medalların sayına görə Gəncə komandası üçüncü yerə layiq görülmüşdür.