Son günlər Gəncə futbolunda vəziyyət yenidən qarışıb.

Rekord.az xəbər verir ki, bir qrup futbol veteranı "Kəpəz"in idarə heyətinin sədri İlqar Nadiriyə qarşı yeni cəbhə açıb.

Onların fikirincə bu şəxs Gəncə futboluna böyük zərbə vurur və vəziyyətdən çıxış yolu onun istefa verib getməsidir. Nadiriyə qarşı olan əsas şəxsərdən biri kimi də veteran futbolçu Firuz Qulami göstərilir. O özü də sosial şəbələ hesabından klub rəhbərinə qarşı sərt ittihamlar səsləndirib.