Gəncə azarkeşlərinin narazılığı durmadan artır.

Rekord.az xəbər verir ki, fəal fanatlar artıq əməli işə də keçiblər.

AFFA-ya gəlib icraçı vitse prezident Elxan Məmmədovla görüşmək istəyən fanatlar son günlər AFFA rəhbərliyini istefaya səsləyən video da çəkib paylaşıblar. Gəncəlilər eyni zamanda hazırkı baş məşqçi Yaşar Vahabzadənin də istefasını tələb edir. Gəncəlilər onun yerinə yerli məşqçi olan Azər Məmmədovun təyin olunmasını istəyir.