Bir qrup gəncəli futbol veteranın "Kəpəz"in hazırkı rəhbərliyinə qarşı birləşməsi haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, onlar idarə heyətinin sədri İlqar Nadirlinin istefasını tələb edir.

Saytımıza daxil olan məlumata görə, eləcə də bir qrup gəncəli futbolsevər, "Kəpəz"in hazırkı durumundan bərk narahat olan azarkeşlər Nadirlinin yerində Gəncə futbolunun tanınan veteranlarından olan Tofiq Məmədovu görür. Bununla bağlı AFFA-ya müraciət ünvanlanacağı da gözlənilir.