Gəncənin "bəzi kütlələr"i...
- 11 Noy 2023 12:00
- 467
"Kəpəz" dünən gözlənilmədən "Araz Naxçıvan"ı məğlub edərək sonuncu pillədən qurtuldu. Düzdür, bu gün "Qəbələ"nin "Zirə" ilə matçı var. Elmar Baxşıyevin komandası qələbı qazansa, Gəncə təmsilçisi yenidən sonuncu pilləyə qayıdacaq. Lakin "Qəbələ"nin lider "Zirə" ilə, özü də səfərdə qarşılaşacağını nəzərə alsaq, bu, elə də asan görünmür. Toxunmaq istədiyim nədir?
"Kəpəz" bir oyunluq meydançaya çıxardan Etibar İbrahimov oyunsornrası mətbuat konfransında maraqlı açıqlamarla yadda qalıb. O, bildirib ki, Azər Məmmədova bəzi kütlələr tərəfdən zaman tanınmadı. Həmçinin, bildirib ki, koandaya qarşı kənarda müəyyən kütlələr tərəfindən hazırlanmış planlar var idi. Əslində İbrahiov reallığı deyib. "Kəpəz"in. Gəncə futbolunun bugünkü reallığını. Bunu dilə gətirib deyən də məhz bir gəncəlidir.Gəncə futbolunu. "Kəpəz"i bu duruma salanlar da həmin kütlədi. Hansı ki, baş məşqçinin, klub rəhbərinin özlərindən birinin olması o qədər də önəmli deyil. Hər nə qədər "Gəncədə gəncəli işləməlidir" deməklərindən asılı olmayaraq. Onlar üçün əsas odur ki, kim olur olsun, onlar deyənlə oturub-dursun, hər addımında onlarla məsləhətləşsin. Bunu etmədinsə, İbrahimovun dediyi kimi, kənardan hazırlanmış plan işə düşür. Fikirimcə, Gəncə futbolu ilk növbədə İbrahimovun nəzərdə tutduğu həmin kütlədən xilas olmalıdır. Əks halda qurbanların sayı artacaq. Dünən Tərlan Əhmədov, bu gün Azər Məmmədov, sabah da bir başqası...
Anar XANLAROV