![photo](https://www.rekord.az/storage/uploads/5/affa-logo-1.jpeg)
“Gənclər kuboku”: Sabah final oyunu keçiriləcək
- 09 İyn 2021 16:00
- 632
AFFA tərəfindən təşkil olunan “Gənclər kuboku”nun final oyununun vaxtı müəyyənləşib.
Rekord.az xəbər verir ki, turnirin final görüşündə “Sabah” və “Qəbələ” komandaları üz-üzə gələcək.
Həlledici qarşılaşma iyunun 10-da “ASCO Arena”da keçiriləcək. Final oyunu “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Gənclər kuboku
10 iyun
18:00. “Sabah” - “Qəbələ”
Bakı. “ASCO Arena”.