Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
- 23 İyl 2024 16:00
- 223
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
Rekord.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan İdman Akademiyasının akt zalında təşkil edilən seçkidə 12 namizəd arasından 7 nəfər gizli səsvermə yolu ilə İctimai Şuranın üzvü seçilib.
Bunlar Abdullayeva Səbirə Ağarəsul qızı (Azərbaycan Tennis Federasiyası), Əliyev Fərhad Vaqif oğlu (Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası), Məmmədli Elnur Çingiz oğlu (Azərbaycan Cüdo Federasiyası), Mikayılova Könül Mövlam qızı (Azərbaycan Stolüstü Tennis Federasiyası), Dadaşova Güldanə Abseyin qızı (Azərbaycan Gənclər Parlamenti Azərbaycan İB), Həbibzadə Ramin Zahid oğlu (Dünya Azərbaycanlıları Gənclərin İB), Salmanlı Aynurə Mahir qızı (Gənclərin Maarifləndirilməsinə Dəstək İB).