Gənclər və İdman Nazirliyi yeni loqo üçün müsabiqə elan etdi
- 02 Mar 2022 16:15
- 548
Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edib.
Rekord.az xəbər verir ki, loqonun dizaynı gənclər və idmana dair ümumi elementləri özündə əks etdirməli, orijinal və konseptual görünüşlü olmalıdır.
Müsabiqəyə yalnız indiyədək istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqolar təqdim edilməlidir.
Qalib gəlmiş loqo istənilən tərzdə təbliğat məhsullarında istifadəyə uyğun olmalıdır.
Təkliflər 10 iş günü ərzində – 16 martadək nazirliyə göndərilməlidir. Hər iştirakçı bir neçə layihə təqdim edə bilər.