EEVZA çempionatında iştirak edən qızlardan ibarət U-18 yığmamız növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, Latviyada təşkil olunan yarışın ikinci günündə komandamız Ukrayna kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma gözlənildiyi kimi rəqibin üstünlüyü ilə keçib. 3 hissə davam edən görüşdə qızlarımız quru hesabla uduzublar.

Qeyd edək ki, komandamız ilk oyununda Latviyaya eyni hesabla məğlub olub. Növbəti oyunumuz isə noyabrın 22-də Estoniya yığmasına qarşı olacaq.

 

EEVZA çempionatı

21 noyabr

   Azərbaycan - Ukrayna 0:3 (9:25, 8:25, 13:25)