Generalın adının stadiona verilməsi təklifinə "Qəbələ" prezidentindən reaksiya
- 17 İyl 2020 18:00
- 1202
Son günlər idman ictimaiyyətində müzakirə olunan məsələlərdən biri də bu yaxınlarda Tovuz rayonunda gedən döyüşlər zamanı şəhid olan general-mayor Polad Həşimovun adının doğulduğu Qəbədə yerləşən stadiona verilməsi ilə bağlıdır.
Rekord.az xəbər verir ki, məsələyə "Qəbələ"nin prezidenti Fariz Nəcəfov da münasibət bildirib.
Football24.az-a danışan Nəcəfov təşəbbüslə bağlı bunları deyib: "Bu təşəbbüsü irəli sürənləri və dəstəkləyənləri gözəl başa düşürəm. Amma açığı şəxsən mən hazırda yalnız bir şey haqda düşünür və bunu gözləyirəm: generalımızın qisası alınsın. Bundan başqa bir şey haqda düşünmək istəmirəm".