Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq “Gent”i dəstəkləmək üçün Belçikadan Bakıya 40-dək azarkeş gələcək.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Səfərin qiyməti barədə informasiya verilməsə də, bunun elə də ucuz başa gəlmədiyi diqqətə çatdırılıb.

Xatırladaq ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Gent" oyununa saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Gentdə keçiriləcək.