Donald Gerye növbəti dəfə “Qarabağ”dan ayrıla bilər.

Rekord.az xəbər verir ki, haitili futbolçuya Türkiyənin Bank Asiya I Liqa komandalarından təklif var.

Daha doğrusu, meneceri ona “Qarabağ”dan daha yüksək maaş verən iki klub tapıb. Daim pula meylli olması ilə diqqət çəkən Qerye növbti dəfə bu təklifi dəyərləndirmək istəyir. Hazırda onun meneceri türk klubları ilə danışıq aparır.