“Keşlə” – “Neftçi” matçından sonra mətbuata açıqlama verən Donald Gerye “Qarabağ”da oynamağın onun üçün daha rahat olduğunu demişdi.

Rekord.az xəbər verir ki haitili futbolçu həqiqətən də “Neftçi”də özünü rahat hiss eləmir.

“Qarabağ”dan fərqli olaraq burada komanda yoldaşları ilə anlaşma istənilən səviyyədə deyil. Sadəcə aldığı maaşın yüksək olması səbəbindən narazılığını dilə gətirmir və “Neftçi” formasında oynamaqda davam edir.