“Gilan”ın “Qəbələ”yə sponsorluğu dayandıracağına dair məlumatlar yayılsa da, klub tərəfindən bu haqda rəsmi heç bir təsdiq yoxdur.

 

Rekord.az-ın məlumata görə, “Gilan” şirkəti ən azı mövsümün sonuna kimi komandaya sponsorluğunu davam etdirəcək.

 

Hətta bölgə təmsilçisi qışda toplanış üçün Antalyaya getməyi planlaşdırır. Klub artıq otel axtarışına da çıxıb.