
Gimnaziadada Azərbaycanı 18 növdə 192 idmançı təmsil edəcək
- 01 Apr 2025 17:30
- 72
Aprelin 4-14-ü aralığında Serbiyada ISF U-15 Gimnaziada İdman Oyunlarında Azərbaycanın təmsil olunacağı növlər açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan yarışda 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujitse), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 192 idmançı ilə təmsil olunacaq.
Turnirin açılışı aprelin 5-də, bağlanış mərasimi isə aprelin 12-də Zlatibor şəhərində keçiriləcək.