![photo](https://www.rekord.az/storage/uploads/5/rayan-giqqz0.jpg)
Giqqzin günahsız olduğu sübuta yetirildi
- 18 İyl 2023 20:30
- 274
Sevgilisini döyməkdə ittiham olunan Uels millisinin və “Mançester Yunayted”in keçmiş futbolçusu Rayan Giqqzin günahsız olduğu ortaya çıxıb.
Rekord.az BBC-yə istinadən xəbər verir ki, 50 yaşlı keçmiş yarımmüdafiəçi bəraət alıb.
Məlumatda qeyd olunur ki, iyulun 31-nə təyin edilmiş məhkəmə prosesi baş tutmayacaq. Giqqzin bütün ittihamlar üzrə günahsız olduğu sübuta yetirilib.
Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə hücumda ittiham edilib. O, hadisədən sonra polis tərəfindən saxlanılsa da, bir gün sonra azadlığa buraxılıb. 2018-ci ildə yığmanın baş məşqçisi təyin olunan Giqqz 2021-ci ildə komandadan ayrılıb.