ABŞ-da keçirilən Şimali, Mərkəzi Amerika və Karib hövzəsi üzrə (CONCACAF) "Gold Cup" turnirinin qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, finalda Meksika və Panama milliləri üz-üzə gəliblər.

Qarşılaşma Meksikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 88-ci dəqiqədə Santyaqo Ximenes vurub.