“Golden Boy” mükafatına 20 namizəd
- 16 Okt 2019 10:30
- 916
Avropanın ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlanıb.
Rekord.az xəbər verir ki, İtaliyanın “Tuttospor” nəşri “Golden Boy” mükafatına 20 iddiaçını müəyyənləşdirib.
Bu ada Mateys de Liqt (Hollandiya, “Yuventus”), Alfonso Devis (Kanada, “Bavariya”), Canluici Donnarumma (İtaliya, “Milan”), Ansu Fati (İspaniya, “Barselona”), Filip Foden (İngiltərə, “Mançester Siti”), Matteo Gunduzi (Fransa, “Arsenal”), Erlinq Holann (Norveç, “Zalsburq”), Kay Xaverts (Almaniya, “Bayer”), Joau Feliş (Portuqaliya, “Atletiko”), Deyan Yoveliç (Serbiya, “Ayntraxt”), Moyse Kin (İtaliya, “Everton”), Li Kan İn (Cənubi Koreya, “Valensiya”), Andrey Lunin (Ukrayna, “Valyadolld”), Doniell Malen (Hollandiya, PSV), Meyson Maunt (İngiltərə, “Çelsi”), Rodriqo Qoes (Braziliya, “Real”), Ceydon Sanço (İngiltərə, “Borussiya” D), Ferran Torres (İspaniya “Valensiua”), Vinisius Junior (Braziliya, “Real”) və Nikolo Zaniolo (İtaliya, “Roma”) iddia edir.
Ən yaxşı gənc futbolçu dekabrın 16-da mükafatlandırılacaq.
Qeyd edək ki, mükafat Avropa ölkələrinin yüksək liqasında çıxış edən və yaşı 21-dən yuxarı olmayan oyunçuya təqdim olunur.