Goranboyda ağır atletika üzrə master-klass
- 04 Mar 2023 23:00
- 464
Goranboy rayon Nərimanlı kənd tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "05 mart-Bədən tərbiyəsi və İdman günü"nə həsr olunmuş İdman Həftəsi çərçivəsində Goranboy rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Goranboy-Naftalan rayonları üzrə Təhsil sektorunun dəstəyi ilə ağır atletika idman növü üzrə master-klass keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə məktəbin 27 nəfər yuxarı sinif şagirdi iştirak edib.
Tədbirin məqsədi əlamətdar gününün qeyd edilməsi, gənc nəslin sağlam ruhda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun aşılanması olub.