Goranboy şəhər 2 saylı tam orta məktəbdə "Heydər Əliyev İli"nə həsr olunmuş VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Goranboy rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun dəstəyi ilə keçirilən tədbir ümummilli liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla qeyd edilməsi ilə başlanıb.

Gənclər və İdman İdarəsinin rəhbəri Cəfər Verdiyev H.Əliyevin keçdiyi siyasi yoldan söz açdı, ulu öndərin idmana göstərdiyi qayğını idmançıların diqqətinə çatdırıb. Daha sonra yarışlara start verilib. Yarışda 45 ümumtəhsil məktəbindən 225 idmançı iştirak edib. Sonda 736 xalla Naftalan şəhər 2 saylı komanda I yeri, 648 xalla Naftalan şəhər 1 saylı komanda II yeri, 608 xalla Nadirkənd komandası III yeri qazanıb.