Gornaboyda idman kütləviliyinin artırılması məqsədilə ümumtəhsil məktəblərində marifləndirmə aparılıb.

Rekord.az xəbər verir ki, Goranboy Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə rayonun Rəhimli və Veyisli kənd tam orta məktəbinin şagirdləri ilə məlumat xarakterli görüş keçiririlib.

Şagirdlərlə görüş zamanı Goranboy Olimpiya İdman Kompleksində fəaliyyət göstərən idman növləri (bədii gimnastika, cüdo, sərbəst güləş, boks, futbol, kinboksin, üzgüçülük və s.) barəsində məlumat verilib və onların sulları cavablandırılıb. Bu tipli görüşlərin keçirilməsində məqsəd orta ümumtəhsil məktəblərində uşaqlara sağlam həyat tərzini təbliğ edərək dərsdənkənar idman qruplarına cəlb edilməsi olub.