Goranboy və Naftalan rayonları üzrə Təhsil sektorunun iclas zalında Goranboy rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərin çağırışa qədərki hərbi hazırlıq müəllimləri üçün "Şahin" hərbi-idman oyunlarına əlavə edilmiş yeni mərhələlər və qeydiyyat linki vasitəsi ilə qeydiyyatdan keçmək qaydaları haqqında təlim keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə müəllimlərin sualları ətraflı şəkildə çavablandırılıb, əlavə edilmiş yeniliklər iştirakçıların diqqətinə çatdırılıb.