Gövhər Beydullayeva liderliyini davam etdirir
- 21 May 2022 18:41
- 514
Qadın şahmatçılar arasında Azərbaycan çempionatında üçüncü turun görüşləri keçirilib.
Rekord.az xəbər verir ki, maksimum xala malik Gövhər Beydullayeva hesabat turunda Türkan Məmmədyarovaya qalib gəlib.
Ardıcıl üçüncü qələbəsi qazanan 19 yaşlı şahmatçı liderliyini möhkəmlədib.
Reytinq baxımından favorit göstərilən Gülnar Məmmədova üçüncü turda Ülviyyə Fətəliyevaya uduzub. Ləman Hacıyeva-Ayan Abdullayedva, Xanım Balacayeva-Xəyalə Abdulla görüşləri heç-heçə yekunlaşıb.
Üç turdan sonra maksimum xala malik Gövhər Beydullayeva liderdir. Liderdən yarım xal geri qalan Ülviyyə Fətəliyeva ikinci yerdədir. Xanım Balacayeva 2 xalla üçüncü pillədə qərarlaşıb.
Dairəvi sistem üzrə yeddi turdan ibarət yarışa mayın 23-də yekun vurulacaq. Çempionatın mükafat fondu 11 400 manat təşkil edir. Qalib 4000 manat qazanacaq.