Göygöldə hakimə təhlükəsizliklə bağlı təminat verilsə də...
- 02 Noy 2023 13:00
- 559
Xəbər verdiyimiz kimi, oktyabrın 31-də keçirilən 2-ci liqanın "Göygöl" - "Şəki Siti" matçında qalmaqal baş verib.
Rekord.az xəbər verir ki, 83-cü dəqiqədə baş hakim Rövşən Rəcəbov oyunu dayandırıb.
Buna meydan sahibi komandanın hakimə davamlı etirazları səbəb olub. Nəticədə R.Rəcəbov və köməkçiləri polisin müşayiəti ilə meydanı tərk edib. Oyun isə bərpa olunmayıb. Bu zaman hesab 2:1 "Şəki Siti"nin xeyrinə olub. İkinci hissədə "Göygöl"ün 3 futbolçusu qırmızı vərəqə alıb. Həmçinin baş məşqçi Araz Mansurov da texniki zonadan uzaqlaşdırılıb.
Saytımıza daxil olan məlumata görə, əslində oyunun yarımçıq dayandırılması üçün ciddi səbəb olmayıb. Düzdür, oyunda qalmaqal yaşanıb, amma hər qalmaqala görə, oyun yarımçıq dayandırılmır. Bir nəfər kənar şəxs hakimin üzərinə getsə də, elə "Göygöl"üçn öz futbolçuları, həmçinin hadisə yerinə gələn polislər onu dərhal meydançadan kənarlaşdırıb. Maraq üçün deyək ki, yerli komanda və polislər hakimlərə oyunun sona qədər təhlükəsiz keçirilməsinə təminat versələr də, Rövşən Rəcəbov köməkçilərini də götürüb, meydançanı tərk edib.