"Göygöl"ə məğlubiyyət "Cəbrayıl"ın qış planlarını poza bilər
- 13 Dek 2023 11:00
- 609
II Liqanın ilk dövrəsinin son turunda səfərdə "Göygöl"ə 1:2 hesabı ilə uduzan "Cəbayıl" çempionluq yolunda ciddi zərbə aldı.
Rekord.az xəbər verir ki, lider "Baku Sportinq" "Ağdaş" üzərində qələbə qazansa, aradakı xal fərqi 7-ə yüksələcək.
Bu durum isə komandanın qış hazırlığına təsir edə bilər. Çünki bizdə olan məlumata görə, komanda ilk dövrəni lider bitirəcəyi halda qışda rəhbərlik liderliyi, I liqaya vəsiqə şansının yüksək olduğunu nəzərə alıb əlavə maliyyə mənbəyi tapacaqdı. Lakin indiki halda rəhbərliyin bu riskə gedəcəyi inandırıcı deyil.