"Göztəpə" "Qarabağ"ın istədiyi futbolçuya elçi düşüb
- 21 May 2020 11:00
- 723
Qış fasiləsində adı "Qarabağ"la hallanan "Fənərbaxça"nın hücumameyilli yarımmüdafiəçisi Alper Potuk karyerasını "Göztəpə"də davam etdirə bilər.
Rekord.az xəbər verir ki, İzmir klubu 29 yaşlı futbolçunun keçidi üçün hərəkətə keçib. "Sarı-qırmızılar" İstanbul təmsilçisi ilə futbolçu dəyişikliyi etmək istəsə də, qarşı tərəf buna müsbət yanaşmayıb.
"Göztəpə" "sarı-lacıvərdlilər"i razı salmaq üçün variantlar fikirləşir. "Fənərbaxça" qışda məvacibini 40 faiz aşağı saldığı oyunçunu satmaq istəyir.
Alper qış fasiləsində atasının İstanbulda müalicə almasına görə "Qarabağ"la yanaşı, Super Liqanın bir neçə klubunun təklifini qəbul etməmişdi.
Onun müqaviləsi 2022-ci ildə başa çatır. Türkiyə millisinin keçmiş üzvü son 2 mövsüm Super Liqada 13 oyun keçirib.