“Göztəpə”dən “Kopenhagen”ə 900 min avroluq transfer
- 06 Avq 2020 18:00
- 680
Türkiyənin “Göztəpə” klubu polşalı hücumçusu Kamil Vilçeklə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi 32 yaşlı oyunçunu Danimarkanın “Kopenhagen” klubuna satıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyə klubu legionerinin satışından 900 min avro gəlir əldə edib.
Kamil bu ilin yanvarında “Bröndbü”dən transfer edilmişdi. O, “Göztəpə”də 14 oyuna çıxıb, 1 qola imza atıb.