Azərbaycan Güləş Federasiyasında baş katib təyinatı olub.

Rekord.az xəbər verir ki, bu vəzifə Nəsimi Musayevə tapşırılıb.

Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Musayev yeni vəzifədə Orxan Məmmədovu əvəzləyib.

Qeyd edək ki, Nəsimi Musayev son 4 ildə Azərbaycan Badminton Federasiyasının baş katibi vəzifəsində çalışıb.