Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektoru və Xocavənd Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Beyləqan Olimpiya İdman Kompleksində “Heydər Əliyev İli” münasibəti ilə yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə Xocavənd rayon birinciliyi keçirildi.

Rekord.az xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyini qeyd etmək, yeniyetmələri idmana cəlb etmək, perspektivli güləşçiləri aşkarlamaq, güləşçilərin ustalığını artırmaq məqsədi ilə keçirilən yarışda 34 idmançı iştirak etmişdir. Sonda qaliblər diplomla təltif olundular.