Güləşçilərimiz dünya çempionatına hazırlığı davam etdirirlər
- 13 Okt 2023 14:40
- 328
Azərbaycanın güləş üzrə milli komandaları Albaniyanın paytaxtı Tiranada keçiriləcək U-23 dünya çempionatına hazırlıqlarını davam etdirirlər.
Rekord.az xəbər verir ki, sərbəst güləşçilər Rusiyada təlim-məşq toplanışındadırlar.
Vladiqafqazda reallaşan hazırlıq prosesi oktyabrın 18-dək davam edəcək. Yunan-Roma və qadınlardan ibarət komandalar isə mundiala Bakıda hazırlaşırlar.
Qeyd edək ki, U-23 dünya çempionatı oktyabrın 23-29-u aralığında gerçəkləşəcək. “Feti Borova” İdman Kompleksində təşkil ediləcək mundialın ilk günlərində sərbəst (23-25 oktyabr), daha sonra qadın (25-27 oktyabr), ən sonda isə yunan-Roma güləşi (27-29 oktyabr) üzrə mübarizə baş tutacaq. Yarışda I-S kateqoriyalı hakim İntiqam Alıyev ədaləti qoruyacaq.