Bütün dünyada yayılmış Covid-19 virusunun ölkəmizdə daha çox insana yoluxmasının qarşısını almaq üçün Azərbaycan dövləti tərəfindən ciddi tədbirlər görülür.

Rekord.az xəbər verir ki, pandemiyanı önləmək məqsədi ilə ciddi karantin rejimi elan edilib. 

Bu günləri evdə keçirmək təhlükəsizliyimiz üçün vacibdi. Bununla bağlı ölkə ictimaiyyətinin tanınmış simaları "evdə qal, sağlam qal" kampaniyasına start verib. Bu aksiyaya güləşçilərimiz də qoşulub.