Güləşçilərimiz Olimpiadaya Göygöldə hazırlaşır - VİDEO
- 23 İyn 2021 19:30
- 674
Tokio Olimpiadasının startına çox az vaxt qalıb. Rekord.az xəbər verir ki, iyunun 8-dən 13-dək Varşavada keçirilən "Poland Open" turnirində çıxış edən güləşçilərimiz daha sonra ölkəmizə qayıdaraq növbəti təlim-məşq toplanışına start verib.
Hər 3 güləş növü üzrə yığmalarımız hazırda Göygöl Olimpiya İdman Kompleksində Tokio Olimpiadasına hazırlaşır. Dağlıq şəraitdə keçirilən təlim-məşq toplanışı əsasən fiziki hazırlıq üzərində qurulub.
Qeyd edək ki, hazırlıq prosesi iyulun əvvəllərinədək davam edəcək. Olimpiada üçün sonuncu təlim-məşq prosesi taktiki-texniki çalışmalardan ibarət olacaq və Bakıda keçiriləcək.