Sabah Macarıstanın Kaposvar şəhərində güləş üzrə U-15 Avropa çempionatı start götürəcək.

Rekord.az xəbər verir ki, iyulun 9-dək davam edəcək qitə birinciliyində hər 3 güləşi növü üzrə milli komandalarımız iştirak edəcək. Yarış ərəfəsində Azərbaycan Güləş Federasiyasının rəsmiləri komandalarla görüşüb və onlara uğurlar arzulayıblar.

Sabah qadın güləşi üzrə yarışa start veriləcək. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Əfsanə İslamova (39 kq),Nəzrin Əhmədli (42 kq),Esra Məmmədli (46 kq),Fidan Babayeva (58 kq) və Milana Bağırzadə (62 kq) mübarizə aparacaq.

İyulun 7-də sərbəst güləşçilər xalçaya çıxacaq. Məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Müstəcəb Məmmədov (38 kq), Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağazadə, Hüseyn İsmayılov (hər ikisi 52 kq), İsa Yusibov (57 kq),Nihad Abbasov (62 kq),Rəşad Veysəlov (68 kq), Hüseyn Məmmədtağızadə, Nihad Quliyev (hər ikisi 75 kq),Amin Nəsibov və Hakim Tağıyev (hər ikisi 85 kq) Kaposvarda uğur qazanmağa çalışacaq.

Ayın 8-də isə yunan-Roma güləşçiləri yarışa qoşulacaq. Məşqçilər Əbilfət Məmmədovla İlham Vezirovun rəhbərliyi altında Abdurrəhman Hüseynli, Qurban Məcnunov (hər ikisi 38 kq),Ayxan Əsədli (41 kq),Hikmət Haqverdiyev (44 kq),Elşad Abbasov, Əli Nəzərov (hər ikisi 48 kq),Nihad Məhərrəmov, Marat Ağakərimov (hər ikisi 52 kq),Məhəmməd Ələkbərli (57 kq),Nicat Yeylaqaliyev (62 kq),Yusif Əhmədli (68 kq),Rihad İbrahimli (75 kq) və Rüfət Əlizadə (85 kq) AÇ-də çıxış edəcək.

Təsnifat və təsəlliverici görüşlər Bakı vaxtı ilə 12:30-da başlayacaq. Yarımfinallar 19:00, medal qarşılaşmaları isə 20:00-da start götürəcək. Yarışın sonuncu günündə isə həlledici görüşlər 15:30-da başlayacaq. Qadın güləşində medalçılar iyulun 7-də, sərbəst güləşdə ayın 8-də, yunan-Roma güləşində isə çempionatın sonuncu günündə müəyyənləşəcək.

Qeyd edək ki, AÇ-də Kamran Baxışov və Samil Fəttayev ölkəmizi hakim qismində təmsil edəcək.