Güləşçilərimizdən Minskdə 8 medal medal
- 22 Sen 2024 00:17
- 223
Azərbaycan güləşçilər Belarusun paytaxtı Minskdə keçirilən sərbəst güləş üzrə Aleksandr Medved turnirində 8 medal qazanıb.
Rekord.az xəbər verir ki, Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) qızıl, Orxan Abasov (79 kq) gümüş, Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) bürünc, medal əldə edib.
Komanda ənənəvi yarışda baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında mübarizə aparıb.