Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin sonuncu reytinq turniri start götürüb.

Rekord.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə yığmanın 2 üzvü mübarizə aparıb.

Abubakr Abakarov (86 kq) ilk görüşdə israilli Yuri Kalaşnikova 8:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda türkiyəli Osman Göçenə 3:6 hesabıyla məğlub olub.

Maqomedxan Maqomedov (97 kq) macarıstanlı Vladislav Baytsayevə (7:6), qazaxıstanlı Əlişir Yergaliyə (6:3) və almaniyalı Erik Tileyə (7:1) qalib gələrək finala yüksəlib. Ancaq topuğundan zədələndiyi üçün amerikalı olimpiya və dünya çempionu Kayl Snayderlə qarşılaşmada iştirak etməyib. Belədə Maqomedxan gümüş medalla kifayətlənib.

Qeyd edək ki, həftəsonu yunan-Roma güləşçilərimiz turnirdə iştirak edəcək.