Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Paralimpiya İdman Kompleksi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə “5 Mart – Bədən Tərbiyəsi və İdman günü”nə həsr edilmiş güllə atıcılığı üzrə (pnevmatik silahdan) ali, orta ixtisas, peşə təhsil mərkəzləri və gənclər təşkilatları arasında çempionat keçirilmişdir.

Rekord.az xəbər verir ki, çempionatda şəhərin 2 oğlan və 1 qızdan ibarət 8 komandası qalib adı uğrunda mübarizə aparmışdır.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt Gənclər Evinin komandası 134 xalla birinci, Qızıl Aypara Cəmiyyətinin komandası 127 xalla ikinci, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin komandası isə 118 xalla üçüncü yerləri tutmuşlar.

Qalib və mükafatçılar fəxri fərman, medal və kubokla təltif olunmuşlar.