Günay Qurbanova DÇ-də 5-ci oldu
- 06 Sen 2024 23:51
- 219
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, mundialın 5-ci günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Əsmər Cankurtaran (53 kq) ukraynalı Sofia Morçenkoya “tuş”la qalib gəlsə də, 1/4 finalda Cyoti Cyotiyə eyni qaydada uduzub.
Günay Qurbanova (62 kq) isveçrəli Annatina Lippunerə tam üstünlüklə (16:5) hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə ukraniyalı İrina Bondara “tuş”la məğlub olub. Təsəlliverici görüşdə Çin Taypeyini təmsil edən Yi Li üzərində 8:2 hesablı qələbə qazanan Günay bürünc medal uğrunda qarşılaşmada meksikalı Melani Ximeneslə bacarmayıb (tuş) və dünya çempionatını 5-ci pillədə başa vurub.