Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan kubokunda ilk yarış gününə yekun vurulub.

Rekord.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.

Kişilərdən körpücük üzərinə son olaraq çəkisi 61 kq-a qədər olan atletlər çıxıblar. Toplam 214 kq (100+114) nəticə göstərən Turan Əliyev qızıl, toplam 200 kq (90+110) nəticə göstərən Elşan Məmmədov gümüş, toplam 198 kq (90+108) nəticə göstərən Akif Abdullayev isə bürünc medala layiq görülüblər.