Gürcü futbolçu fikrini dəyişdi - “Qəbələ”də qalır
- 23 İyl 2020 18:00
- 661
Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" komandasında iki legioner futbolçunun taleyinə aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, bu barədə "Report"a əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev məlumat verib.
Baxşıyev bildirib ki, yarımmüdafiəçilərdən çilili Rodriqo Qattas və gürcüstanlı Merab Giqauri növbəti mövsümdə də komandada qalacaqlar. Onlar hazırda komanda ilə birlikdədir.
Qeyd edək ki, hər iki futbolçunun daha öncə komandadan ayrılacağı gözlənilirdi. Merab Giqaurinin müqavilə müddəti başa çatmışdı. Rodriqo Qattasın sözləşməsi bitsə də, əyalət təmsilçisi anlaşmanı yeniləmək hüququna malik idi.