![photo](https://www.rekord.az/storage/uploads/5/m-57.jpg)
Gürcü futbolçu “Kəpəz”də qaldı
- 13 İyl 2023 10:44
- 289
“Kəpəz” Mate Kvirkviya ilə yeni müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.
Məlumatda qeyd edilir ki, gürcüstanlı yarımmüdafiəçi klubun yeni müqavilə təklifini müsbət dəyərləndirib. Beləliklə, Mate daha bir il "sarı-göylər"in şərəfini qoruyacaq.
Qeyd edək ki, Kvirkiya 2022/23 mövsümünü “Kəpəz”də keçirib. 27 yaşlı futbolçunun müqaviləsinin müddəti bu yay başa çatmışdı.